Bütün xəbərlər
Suriyanın Tartus yaxınlığındakı partlayışlardan sonra Kiprdə radioaktivliyin artması qeydə alınıb
Tarix: 29-12-2024 20:22 | Bölmə: Karusel

Kiprdə rəsmi monitorinq xidmətləri İsrailin Suriyanın Tartus sahil bölgəsinə endirdiyi zərbələrdən sonra havada radioaktivliyin səviyyəsinin artdığını qeyd edib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Kiprin SigmaLive telekanalı məlumat yayıb.
Dekabrın 16-da səhər saatlarında İsrail Suriyanın bir sıra əyalətlərinə, o cümlədən Tartus yaxınlığındakı hədəflərə zərbələr endirib. KİV-in məlumatına görə, hadisə şahidləri yüngül titrəmə hiss edib və göbələk buludunu görüblər.
Həmin gün radiasiyaya nəzarət xidməti Paralimni stansiyasında radiasiya dozasının saatda 64 nanozievertə qədər artmasını qeydə alıb. Bu səviyyə insanlar üçün təhlükəli deyil. Digər stansiyalarda məlumatlar havada radioaktivliyin bir kubmetr üçün 18,9-dan 468 meqabekkerelə qədər artdığını göstərdi.
Mütəxəssislər SigmaLive ilə söhbətində aydınlaşdırıblar ki, bu göstəricilər hələlik nüvə silahından istifadənin sübutu deyil. Bununla belə, Kipr səlahiyyətliləri radioaktivliyin artması ilə bağlı məlumatları yoxlayacaqlarını və mənbəni tapmağa çalışacaqlarını bildiriblər.
Bundan əvvəl Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələrinin Tartus şəhəri yaxınlığında pusquya düşdüyü bildirilmişdi. Toqquşma nəticəsində 14 nəfər həlak olub.



Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər