Bütün xəbərlər
KLM aviaşirkətinin təyyarəsi havaya qalxdıqdan dərhal sonra məcburi eniş edib
Tarix: 29-12-2024 15:02 | Bölmə: Karusel

Hollandiyanın KLM aviaşirkətinə məxsus, içərisində 176 sərnişin və 6 ekipaj üzvü olan təyyarə havaya qalxdıqdan dərhal sonra məcburi eniş edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Dekabrın 28-də "Boeing 737" Oslodan Amsterdama qalxdı, lakin havaya qalxdıqdan sonra sərnişinlər və ekipaj yüksək səs eşidib və bundan sonra təyyarənin Sandefjord hava limanına endirilməsi qərara alınıb. Təyyarə nisbətən aşağı sürətlə uçuş-enmə zolağından çıxıb.
“Bütün 176 sərnişin və 6 ekipaj üzvü xəsarət almayıb və hadisənin baş vermə şəraiti araşdırılır”, - KLM-dən bildiriblər.
Həmçinin bu gün "PAL Airlines"ə məxsus təyyarə eniş qurğusunun nasazlığı səbəbindən Kanadada məcburi eniş edib. Tam dayandıqdan sonra təyyarənin sol tərəfi yanıb.
Dekabrın 29-da səhər saatlarında Cənubi Koreyanın Muan şəhərində "Jeju Air" təyyarəsinin qəzaya uğraması nəticəsində 176 nəfər həlak olub, daha üç nəfər itkin düşüb.



Baxış sayı: 61


Bölməyə aid digər xəbərlər