Bütün xəbərlər
Sinoptiklər Kuril adaları sahillərində tufanla bağlı xəbərdarlıq ediblər
Tarix: 27-12-2024 10:33 | Bölmə: Karusel

Cənubi Kuril adalarının İturup adasının sahillərində Oxot dənizində dalğanın hündürlüyü 4 metr olan tufan gözlənilir, Roşidrometologiya Xidmətinin Saxalin departamenti bildirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, mütəxəssislər sahilyanı tikililərin su altında qalacağını istisna etməyiblər.
"Dekabrın 28-nə keçən gecə İturup adasının Oxot dənizi sahillərində 4 metr və ya daha çox güclü dalğalar gözlənilir", - məlumatda deyilir.
Sinoptiklərin məlumatına görə, hadisə dekabrın 28-i axşam saatlarına kimi davam edəcək.
Həmçinin şənbə gecəsi Şimali Kuril bölgəsindəki Paramuşir adasında 500 metrə qədər görmə qabiliyyəti və küləyin sürəti saniyədə 25 metrə çatan qar fırtınası gözlənilir.
Bundan əvvəl sinoptiklər Anapaya fırtınanın yaxınlaşdığı barədə xəbərdarlıq etmişdilər.



Baxış sayı: 186


Bölməyə aid digər xəbərlər