Bütün xəbərlər
Poçt şöbəsini yandırmaqda şübhəli bilinən şəxs həbs edilib
Tarix: 27-12-2024 09:05 | Bölmə: Karusel

Tverdə məhkəmə yerli poçt şöbəsində yanğın törətməkdə şübhəli bilinən şəxsi istintaq təcridxanasına göndərib, bu barədə vilayət prokurorluğu məlumat yayıb. Hadisə nəticəsində idarəyə xeyli ziyan dəydiyi qeyd edilir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Məhkəmə Tver poçt şöbəsində yanğın törətməkdə şübhəli bilinən vilayət mərkəzinin 26 yaşlı sakinini həbs edib", - məlumatda deyilir.
Gəncə qarşı əmlakı qəsdən məhv etmə və ya zədələmə maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq qeyd edir ki, bu, təcrid olunmuş hadisə deyil. Bundan əvvəl 22 yaşlı yerli sakin polis maşınlarını yandırdığına görə nəzarətə götürülüb.
Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, dekabrın 18-dən dekabrın 26-dək olan müddətdə Rusiyada fırıldaqçıların təsiri altında vətəndaşlar tərəfindən törədilmiş 55 yanğın və partlayış hadisəsi qeydə alınıb. Bununla bağlı idarə əməkdaşları 44 nəfəri - əsasən pensiyaçılar və gəncləri saxlayıblar. Hadisələr Moskva və Sankt-Peterburqda, Moskva, Leninqrad, Novosibirsk, Tver, Tula, Pskov vilayətlərində, Krasnoyarsk, Altay ərazilərində və Rusiya Federasiyasının digər subyektlərində baş verib.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər