Bütün xəbərlər
Xarici İşlər Nazirliyi: 2024-cü ildə əcnəbilər Rusiyaya 600 mindən çox elektron viza alıblar
Tarix: 26-12-2024 12:08 | Bölmə: Karusel

Rusiya 2024-cü ildə xarici vətəndaşlara 600 mindən çox elektron viza verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya Xarici İşlər Nazirliyinin konsulluq departamentinin direktoru Aleksey Klimov məlumat verib.
Onların əksəriyyəti Çin, Səudiyyə Ərəbistanı, Amerika, Almaniya, Türkiyə, Hindistan və Estoniya vətəndaşlarına verilib.
“Təkcə 2024-cü ilin ötən dövrü ərzində artıq 600 mindən çox vahid elektron viza verilib”, - Klimov qeyd edib.
O vurğulayıb ki, 2024-cü ilin ilk 11 ayında ABŞ vətəndaşları 7,7 min viza alıb, onlardan 165-i işgüzar vizadır. Bu, ötən illə müqayisədə 30% çoxdur – 5,6 min.
Daha əvvəl dekabrın 10-da Rusiya Xarici İşlər Nazirliyi elektron vizaların alınması üçün siyahıya daha 11 ölkənin daxil edildiyini açıqlamışdı. Onların arasında Barbados, Zimbabve, Keniya, Türkmənistan və digər dövlətlər var.





Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər