Bütün xəbərlər
Şri-Lankalı məmur toyuq əti rüşvət aldığı üçün həbs edilib
Tarix: 25-12-2024 17:41 | Bölmə: Karusel

Şri-Lankanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyası toyuq əti şəklində rüşvət alarkən yaxalanmış vergi müfəttişini saxlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə Attanaqalledə baş verib, orada bir məmur növbəti il üçün ticarət lisenziyasına yenidən baxılması müqabilində mağaza sahibindən 1170 Şri Lanka rupisi (təxminən 4 dollar) dəyərində 1 kq toyuq alıb. Vergiçi cinayət yerində həbs edilib və tezliklə məhkəmə qarşısına çıxacaq. Bu barədə "Daily Mirror" qəzeti məlumat yayıb.
Şri-Lanka hökuməti bundan əvvəl korrupsiyaya qarşı mübarizənin prioritet olduğunu bəyan edib. Bununla bağlı ölkə parlamenti rüşvətxorluq və digər maliyyə cinayətləri ilə bağlı işlərə baxacaq Ali Antikorrupsiya Məhkəməsinin yaradılması haqqında qanun layihəsini təsdiqləyib. 2023-cü ildə Şri-Lanka korrupsiyaya görə 180 ölkə arasında 115-ci yerdə qərarlaşıb.
Bundan əvvəl Sankt-Peterburqda 10 milyon rubl rüşvət almaqda şübhəli bilinən polis müstəntiqinin evində axtarışlar aparılıb.



Baxış sayı: 44


Bölməyə aid digər xəbərlər