Bütün xəbərlər
BFMTV: Eyfel qülləsinin ziyarətçiləri qısaqapanma səbəbindən təxliyə edilib
Tarix: 24-12-2024 17:36 | Bölmə: Karusel

Eyfel qülləsində yanğın siqnalı işə düşüb. Bununla əlaqədar olaraq onun bütün ziyarətçiləri və işçiləri təcili təxliyə edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı BFMTV kanalı yayıb. Mənbənin sözlərinə görə, həyəcana səbəb elektrik naqillərində yaranan qısaqapanmadır.
Hadisə liftin ikinci mərtəbəsi ilə müşahidə göyərtəsi arasındakı şaxtada baş verib. Ziyarətçilərin heç bir təhlükəsinin olmadığı qeyd edilir. Öz növbəsində yanğınsöndürənlər texniki heyətlə birlikdə qısaqapanmanın səbəblərini müəyyənləşdirirlər.
Qüllənin tezliklə açılışı gözlənilir.



Baxış sayı: 55


Bölməyə aid digər xəbərlər