Bütün xəbərlər
SZ: Maqdeburqda avtomobili izdihamın üzərinə sürən adam qaçqın kimi tanınıb
Tarix: 21-12-2024 09:24 | Bölmə: Karusel

Almaniyanın Maqdeburq şəhərində Milad bazarında izdihama hücum edən hücumçu 2016-cı ildə qaçqın kimi tanınıb, "Süddeutsche Zeitung" mənbəyə istinadən yazır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Talib A. 2016-cı ilin iyulunda qaçqın kimi tanınıb”, – qəzet məqaləsində qeyd olunur.
“Süddeutsche Zeitung”un məlumatına görə, Almaniyada şübhəli şəxs tibb mütəxəssisi kimi psixiatriya və psixoterapiya sahəsində çalışır. Öz növbəsində “Bild” yazıb ki, həmin şəxsin yaşamaq icazəsi var və 2006-cı ildən Almaniyadadır.
Dekabrın 20-də axşam saatlarında hücumçu Maqdeburqda Milad bazarında toplaşan insanların üzərinə maşın sürüb. Toqquşma nəticəsində biri azyaşlı uşaq olmaqla iki nəfər ölüb, 68 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, vurub-qaça Səudiyyə Ərəbistanından olan 50 yaşlı kişi təkbaşına hərəkət edib.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər