Bütün xəbərlər
Azərbaycan yığmasının çeçen əsilli məşqçisi: Hər iki xalqın nümayəndələrini belə təxribatlara uymamağa çağırıram
Tarix: 18-02-2019 01:16 | Bölmə: Karusel

         

Moskvada çeçenlərlə azərbaycanlılar arasında baş vermiş insident təxribatdır.
Bunu Trend-ə sərbəst güləş üzrə Azərbaycan yığmasının böyük məşqçisi, çeçen əsilli Zəlimxan Hüseynov bildirib.
O, hər iki xalqın nümayəndələrini belə təxribatlara uymamağa çağıraraq deyib: "Hörmətli qardaşlar, bu cür təxribatlara uymayın. Çünki bu hərəkətlər İslamın bütün normalarına ziddir. Mən Azərbaycanda sərbəst güləş üzrə millinin böyük məşqçisiyəm. Hər kəsi bir-birinə hörmət, səbr və qarşılıqlı anlayış göstərməyə çağırıram".
Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlılar və çeçenlər arasında məişət zəminində münaqişə olub. Hadisə yerinə gələn polis əməkdaşları 18 nəfəri saxlayıb.



Baxış sayı: 323


Bölməyə aid digər xəbərlər