Bütün xəbərlər
Saudiyyə Ərəbistanının vəliəhd şahzadəsi "Mançester Yunayted"i $4,9 milyarda almağa hazırdır
Tarix: 17-02-2019 10:43 | Bölmə: Karusel

Saudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman İngiltərə Premyer Liqasında çıxış edən "Mançester Yunayted" klubunu almağa hazırdır.
Trend-in "The Sun"a istinadən verdiyi məlumata görə, vəliəhd şahzadə klubu almaq üçün 3,8 millyard funt sterlinq (4,9 milyard dollar) xərcləməyə hazırdır.
Şahzadə klubu yeni mövsüm başlayana qədər almaq niyyətindədir.
Qeyd edilir ki, "Mançester Yunayted"in hazırki sahibləri, Qleyzerlər, klubu satmaq barədə düşünmürdülər. Lakin şahzadənin təklifindən sonra onlar klubu sata bilərlər.



Baxış sayı: 329


Bölməyə aid digər xəbərlər