Bütün xəbərlər
Tovuzda məktəblilər spirtli içkidən zəhərləniblər
Tarix: 16-02-2019 02:35 | Bölmə: Karusel

                               

Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakinləri olan 16 yaşlı iki gənc alkoqollu içkidən zəhərlənib.
Onlardan biri içkinin təsirindən bir müddət şoka düşüb. Onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. 
İlkin məlumata görə, hər iki gənc məktəblidir və eyni sinifdə oxuyurlar. Məktəblilərin zəhərlənmələrinə səbəb isə alkoqollu içkini normadan artıq qəbul etmələri olub.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Tovuz rayonunda qohumunu gülləyən şəxs saxlanılıb.



Baxış sayı: 373


Bölməyə aid digər xəbərlər