Bütün xəbərlər
Sumqayıt sakini oğurladığı avtomobillə birgə saxlanılıb
Tarix: 15-02-2019 23:47 | Bölmə: Karusel

                    

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin yanvarın 19-da Köhnə Kotec qəsəbəsi ərazisindən qəsəbə sakini Z.Əliyevin “VAZ-2106” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş M.Zəkiyev avtomobillə birgə saxlanılıb.
DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən onun digər cinayət əməlinin də üstü açılıb.
M.Zəkiyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2015-ci ilin avqust ayında “VAZ-2106” markalı başqa bir avtomobili qaçırdığı, onu hissələrə bölərək satması, habelə 2018-ci ilin iyul ayında digər “VAZ-2107” markalı avtomobili qaçırması və Göyçay rayon sakininə satması müəyyən edilib.
Araşdırma aparılır.



Baxış sayı: 351


Bölməyə aid digər xəbərlər