Bütün xəbərlər
Türk ölkəsində dinozavr skeleti tapıldı
Tarix: 15-02-2019 04:12 | Bölmə: Karusel




Özbəkistanın Fərqanə vilayətinin sakini evini təmir etdirərkən zirzəminin altından dinozavra bənzəyən heyvan skeleti tapıb.
Azərtac xəbər verir ki, tapılan sümüklər göstərir ki, bu heyvanın güclü uzun ayaqları, iri başı, elastik onurğa sütunu, quyruğu və quş boğazına bənzər boynu olub.
Skeletin tapıldığı ev Fərqanədəki çöllüklər abadlaşdırıldığı vaxt - 1969-cu ildə tikilib. Ev tikilən zaman lazimi tikinti qaydalarına əməl edilməyib və skelet o zaman tapılmayıb.
Qeyd edilir ki, faktın təsdiqlənməsi üçün ekspertlərin köməyinə ehtiyac var. Ancaq arxeoloqlar bunun elmi izahını verməlidirlər.



Baxış sayı: 393


Bölməyə aid digər xəbərlər