Bütün xəbərlər
Nikoil Bank sabiq işçilərinin işi üzrə istintaqın müvəffəqiyyətlə başa çatması ilə əlaqədar Baş Prokurorluğa minnətdarlığını bildirir
Tarix: 14-02-2019 21:11 | Bölmə: Karusel







2016-cı ildə daxili istintaq zamanı Nikoil Bank tərəfindən Sumqayıt filialının bəzi sabiq işçilərinin fəaliyyətində qanun pozuntularını aşkar olunmuşdu.
Nikoil Bankdan Trend-ə verilən məlumata görə, bank sabiq işçilərinə qarşı cinayət işinin açılması ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə xahiş ilə müraciət etmişdi.
Bu gün Baş Prokurorluq tərəfindən bu işin gedişatı ictimaiyyətə açıqlandı və rəsmi bəyanatda istintaqın nəticələri yayımlandı. Nikoil Bank bu istintaqın uğurla başa çatması ilə əlaqədar Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarına öz minnətdarlığını bildirir.
2016-cı ildən etibarən Nikoil Bankın yeni rəhbərliyi daxili proseslərdə islahatların həyata keçirilməsilə müasir idarəetmə proseslərini tətbiq etdi. Bank xidmətlərinin göstərilməsində rəqəmsal transformasiyanı həyata keçirən Nikoil Bank artıq yeni inkişaf mərhələsinə keçid alıb.



Baxış sayı: 352


Bölməyə aid digər xəbərlər