Bütün xəbərlər
Yunanıstan nüvə silahlanması yarışının qarşısını almağa çağırıb
Tarix: 14-02-2019 12:17 | Bölmə: Karusel

Yunanıstan nüvə silahlanması üzrə rəqabətin qarşısını almağa və silahlanma, tərksilah və silahların yayılmaması üzərində nəzarət üzrə dialoqu bərpa etməyə çağırır.
Trend-in məlumatına görə, bu barədə Yunanıstanın milli müdafiə naziri Evangelos Apostolakis NATO müdafiə nazirlərinin toplantısında bildirib.
Nazir deyib: "Şimali Atlantika Alyansı nüvə silahı sahəsində yeni silahlanma yarışının qarşısının alınması üzrə səylərini aktivləşdirməlidir. Avropada silahlanma, tərksilah və onların yayılmaması üzərində nəzarət üzrə dialoqu aktivləşdirmək lazımdır".



Baxış sayı: 331


Bölməyə aid digər xəbərlər