Bütün xəbərlər
"Real Madrid"in futbolçularını narahat edən Hollandiya vətəndaşları saxlanılıb
Tarix: 14-02-2019 00:43 | Bölmə: Karusel

                                    

Hollandiyanın dörd vətəndaşı Çempionlar Liqasının 1/8 final mərhələsində "Ayaks"ın İspaniya "Real Madrid"i ilə matç öncəsi asayişi pozduqlarına görə saxlanılıb.
"Report" ESPN-ə istinadən xəbər verir ki, fanatlar gecə saat 4-də Madrid təmsilçisinin Amsterdamda qaldığı otelin yanında səs-küy salıb və fişənglər yandırıblar.
Qeyd edək ki, "Ayaks" - "Real Madrid" matçı bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasındakı cavab oyunu martın 5-də olacaq. 




Baxış sayı: 337


Bölməyə aid digər xəbərlər