Bütün xəbərlər
Gəncədə 24 yaşlı oğlan küçədə naməlum şəxs tərəfindən bıçaqlandı
Tarix: 13-02-2019 23:57 | Bölmə: Karusel

                               

Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.
Trend-in məlumatına görə, hadisə fevralın 12-də gecə saat 04 radələrində baş verib.
Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Zeynalov Zeynal Tahir oğlu qarının daxilə nüfuz edən kəsilmiş-deşilmiş xəsarəti ilə Gəncə şəhər 3 saylı Xəstəxanasına yerləşdirilib.
Z.Zeynalovun vəziyyəti ağır olduğundan onu dindirmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.



Baxış sayı: 325


Bölməyə aid digər xəbərlər