Bütün xəbərlər
Binəqədidə soyğunçuluq edən şəxs saxlanılıb
Tarix: 13-02-2019 15:35 | Bölmə: Karusel

                 

Binəqədidə soyğunçuluq edən şəxs saxlanılıb.
DİN-dən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət edən Xocahəsən qəsəbə sakini N.İsmayılov fevralın 11-də saat 22 radələrində qəsəbə ərazisindəki kafelərin birində naməlum şəxsin onun sifətinə yumruqla vuraraq 500 manatını aldığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Təmirazov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.



Baxış sayı: 308


Bölməyə aid digər xəbərlər