Bütün xəbərlər
Bakıda qızını namus üstündə öldürən şəxsin məhkəməsi başlayıb
Tarix: 12-02-2019 23:34 | Bölmə: Karusel

                          

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İlqar Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası fevralın 21-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Yasamal rayonu, Həsən Bəy Zərdabi küçəsində baş verib. Masallı rayon, Boradigah kənd sakini, 57 yaşlı Qurbanov İlqar Paşa oğlu rayondan gələrək metronun "20 yanvar" stansiyasının yaxınlığında qızı, 27 yaşlı Aysel Məmmədlini namus üstündə öldürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.



Baxış sayı: 337


Bölməyə aid digər xəbərlər