Bütün xəbərlər
Mey Böyük Britaniya parlamentindən Aİ ilə danışıqlar üçün əlavə vaxt istəyəcək
Tarix: 12-02-2019 11:31 | Bölmə: Karusel

           

Böyük Britaniyanın baş naziri Tereza Mey çıxışı zamanı deputatlardan Brüsseldən "Brexit" üzrə dəyişikliklərə nail olunması üçün daha bir neçə həftə əlavə vaxt istəyəcək.
Trend-in məlumatına görə, bunu, demək olar ki, Böyük Britaniyanın bütün qəzetləri bildirir. Məlumata əsasən, Mey bu məsələ üzrə səsverməni fevralın 17-ə keçirmək istəyir.
Qeyd edək ki, Aİ ilə razılaşma üzrə Britaniya parlamentinin səsverməsi 14 fevral tarixinə planlaşdırılmışdı.



Baxış sayı: 343


Bölməyə aid digər xəbərlər