Bütün xəbərlər
Bərdə sakini 3 kq-dan artıq narkotiklə tutuldu
Tarix: 12-02-2019 11:10 | Bölmə: Karusel

                    


Bərdə rayon sakinindən 3 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.
DİN-dən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının paytaxtın Yasamal rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İ.Vəliyevdən çəkisi 1 kiloqramdan artıq heroin və 2 kiloqramdan artıq tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb. İstintaq və əməliyyat tədbirləri aparılır.



Baxış sayı: 377


Bölməyə aid digər xəbərlər