21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
KİV: "Barselona" Almaniya Bundesliqasının bombardiri ilə razılıq əldə edib
Tarix: 11-02-2019 20:01 | Bölmə: Karusel

                                   

İspaniyanın "Barselona" klubu Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasının futbolçusu Luka Yoviçi heyətinə qatmağa çox yaxındır.
"Report" "Frankfurter Allgemeine Zeitung" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi serbiyalı hücumçu ilə müqavilənin şərtlərini razılaşdırıb. 
Lakin "Barselona" 22 yaşlı oyunçunun transfer haqlarına sahib olan "Ayntraxt" və Portuqaliya "Benfika"sı ilə danışıqlara başlamayıb.
İspaniyanın digər nəhəng klubu "Real Madrid"in də Yoviçi heyətinə qatmaq istədiyi bildirilib.
Qeyd edək ki, Luka Yoviç carı mövsüm Almaniya Bundesliqasında 19 oyunda 14 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, çempionatda bombardirlər siyahısında ilk pillədə qərarlaşıb. 



Baxış sayı: 317


Bölməyə aid digər xəbərlər