21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
Hacıqabulda fəhlə hündürlükdən yıxılaraq ağır xəsarət alıb
Tarix: 11-02-2019 19:36 | Bölmə: Karusel

                                   

Hacıqabul rayonunda fəhlə hündürlükdən yıxılıb. 
"Report"un Mil-Muğan bürosu xəbər verir ki, hadisə Gilan Seramik Zavodunda qeydə alınıb. 
Belə ki, Şirvan şəhər sakini, 1995-ci il təvəllüdlü Rəhman Cabbar oğlu Cəlilov hündürlükdən yıxılaraq ağır kəllə-beyin travması alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun komatoz vəziyyətdə olduğu və süni nəfəs aparatına qoşulduğu bildirilir.  
Faktla bağlı Hacıqabul Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.



Baxış sayı: 387


Bölməyə aid digər xəbərlər