Bütün xəbərlər
Polis Bakıda ƏMƏLİYYAT keçirdi, keçmiş məhkumda odlu silah və sursat aşkarlandı
Tarix: 11-02-2019 12:47 | Bölmə: Karusel

          

Bakı sakini küçədə silah-sursatla yaxalanıb.
Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində baş verib.
Belə ki, Nizami rayon Polis İdarəsi əməkdaşları qəsəbə ərazisində əməliyyat keçirib. Keçirilən əməliyyat nəticəsində Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Sabir Cahangirov saxlanılıb.
S. Cahangirovun əlində gəzdirdiyi torbadan 1 ədəd 7,62 kalibrli "Kalaşnikov" markalı avtomat silahı, 1 ədəd sandıqça və 5 patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.



Baxış sayı: 331


Bölməyə aid digər xəbərlər