Bütün xəbərlər
Avtobus yük maşını ilə toqquşdu - 12 yaralı
Tarix: 11-02-2019 12:37 | Bölmə: Karusel



Türkiyənin Düzcə vilayətində fəhlələri aparan avtobus yük maşını ilə toqquşub. Trend-in məlumatına görə, 12 nəfər yaralanıb.
Toqquşma zamanı avtobusun idarəetməni itirərək kafenin binasına girdiyi bildirilir.
Bütün yaralıların Türkiyə vətəndaşları olduğu qeyd edilir.
Qəzanın hansı səbəbdən baş verməsi və başqa detallar məlum deyil.




Baxış sayı: 323


Bölməyə aid digər xəbərlər