Bütün xəbərlər
Boks üzrə beynəlxalq turnir başlayır
Tarix: 21-12-2017 11:32 | Bölmə: Karusel


Bu gün Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi beynəlxalq turnirə start veriləcək.
Bu barədə Trend-ə Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Boks Federasiyasının idman zalında baş tutacaq yarış 4 gün davam edəcək.
Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Ukrayna, Tacikistan, Hindistan, İran, Türkmənistan, Pakistan, Qazaxıstan, Gürcüstan və Özbəkistan yığmaları güclərini yoxlayacaqlar.
Ümumilikdə 114 boksçunun qatılacağı və 10 çəki dərəcəsi üzrə keçiriləcək yarışda ölkəmiz 3 komanda ilə təmsil olunacaq.
Qeyd edək ki, döyüşlər bu gün saat 16:00-da başlayacaq. Final qarşılaşmaları isə dekabrın 24-də keçiriləcək.



Baxış sayı: 495


Bölməyə aid digər xəbərlər