Bütün xəbərlər
İŞİD-dən gözlənilməz zərbə: 20 YPG-çi öldü
Tarix: 11-02-2019 00:32 | Bölmə: Karusel





ABŞ-ın başçılığındakı koalisiya və əsasını YPG-nin təşkil etdiyi Demokratik Suriya Qüvvələri (DSQ) 4 günlük fasilədən sonra İŞİD-in nəzarətində olan son yaşayış məntəqəsi Baqoza doğru yenidən hücuma keçib.
Axar.az xəbər verir ki, müttəfiq qüvvələrin havadan və qurudan əraziyə zərbələr endirdiyi deyilib.
Tərəflər arasında silahlı atışmaların yaşanmasına baxmayaraq, YPG irəliləyiş əldə edə bilməyib.
***
"CNN Türk"ün yaydığı məlumata görə, baş verən toqquşmalarda İŞİD bomba quraşdırılmış avtomobillə hücum təşkil edib və nəticədə 20 YPG-çi ölüb.



Baxış sayı: 328


Bölməyə aid digər xəbərlər