Bütün xəbərlər
Əlcəzair sahillərində miqrant daşıyan gəmi batıb: ən azı 2 nəfər ölüb
Tarix: 10-02-2019 00:22 | Bölmə: Karusel

Aralıq dənizinin Əlcəzair sahillərində miqrantları daşıyan kiçik gəmi batıb.
Trend-in yerli KİV-lərə istinadən verdiyi məlumata əsasən, hadisə ölkənin Oran şəhəri yaxınlığında baş verib, ən azı 2 nəfər ölüb.
Gəmidə 18 qeyri-leqal miqrant olub. Onlardan 13-ü xilas edilib. 11 nəfərin əcnəbi, iki nəfərin isə Əlcəzair vətəndaşı olduğu bildirilir. Üç nəfər hələlik itkin düşmüş hesab edilir. Onların axtarışları aparılır.



Baxış sayı: 339


Bölməyə aid digər xəbərlər