21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
Əfqanıstanda ən azı 56 "Taliban" üzvü məhv edilib
Tarix: 09-02-2019 22:49 | Bölmə: Karusel



Əfqanıstanda xarici terrorçular və "Taliban" qruplaşmasının üzvlərinə qarşı yönələn əməliyyatlar çərçivəsində ən azı 56 terrorçu məhv edilib.
Trend-in məlumatına görə, Gilmend vilayətində "Taliban" qruplaşmasının 31 üzvü məhv edilib, terrorçuların partlayıcı qurğuları, silah və döyüş sursatları ələ keçirilib.
Yerli KİV-lər qeyd edir ki, daha 11 talib xüsusi təyinatlı qüvvələrin Vardak vilayətinin Seyidabad qəzasında keçirdiyi əməliyyat nəticəsində öldürülüb.
Hərbi mənbələrin məlumatına görə, digər terrorçular Loqar (2 terrorçu), Kunar (1 terrorçu), Qazni (4 terrorçu) vilayətlərində və Tarinkot (7 terrorçu) şəhərində məhv edilib.
Ölkənin Paktiya vilayətinin Caci qəzasında keçirilən əməliyyatlar nəticəsində isə xarici terrorçularla əlaqələri olan 4 nəfər saxlanılıb.
Təhlükəsizlik qüvvələri və vətəndaşlar arasında ölənlər barədə məlumat yoxdur.



Baxış sayı: 333


Bölməyə aid digər xəbərlər