Bütün xəbərlər
"Barselona" 135 milyon avroya aldığı futbolçunu satmaq istəyir
Tarix: 09-02-2019 15:30 | Bölmə: Karusel

                                       

 İspaniyanın “Barselona” klubu futbolçusu Filippe Koutinyonu satmağı planlaşdırır.
“Report” “Marca”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 26 yaşlı braziliyalı yarımmüdafiəçiyə dair təkliflərə baxmağa hazırdır. “Barselona”nın bu satış hesabına Frenki de Yonq üçün Hollandiyanın “Ayaks” klubuna ödədiyi 75 milyon avronu büdcəsinə geri qaytarmaq istədiyi bildirilir.
Qeyd edək ki, Koutinyo ötən ilin yanvarında 135 milyon avro qarşılığında İngiltərə təmsilçisi “Liverpul”dan “Barselona”ya keçsə də, əsas heyət üzvü olmaqda çətinlik çəkir. Onun klubla 2023-cü ilin yayına qədər müqaviləsi var.



Baxış sayı: 315


Bölməyə aid digər xəbərlər