Bütün xəbərlər
Sumqayıtda oğurluqla məşğul olan şəxslər saxlanılıblar
Tarix: 09-02-2019 15:16 | Bölmə: Karusel

                              

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıtda ayrı-ayrı vaxtlarda oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 1 mağazadan 621 manat, 1 gözəllik salonundan 54 manat, 1 evdən qızıl əşyalar və 1 avtomobildən 35 manat oğurlamaqda şübhəli bilinən, şəhər sakini X.Məmmədli saxlanılıb.
Onun əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduğu müəyyən edilib.
1-ci Polis Bölməsi əməkdaşalrının həyata keçirdikləri daha bir əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində 1 avtomobildən 17 manat pul və tütün məmulatı, ayrı-ayrı 3 vətəndaşın isə mobil telefonlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Həmin şəxsin F.Rzayev olması müəyyən edilib.
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsinin əməkdaşları isə şəhər ərazisindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxsi avtomobillə birgə saxlayıblar. “VAZ-2106” markalı avtomobili qaçıran şəxsin şəhər sakini, əvvəllər də oğurluq etdiyinə görə tutulmuş M.Zəkiyev olması müəyyən edilib.



Baxış sayı: 295


Bölməyə aid digər xəbərlər