Bütün xəbərlər
Bakıda marketin qarşısında 50-55 yaşlı kişinin meyiti tapılıb
Tarix: 09-02-2019 14:48 | Bölmə: Karusel

Bakıda küçədən meyit tapılıb.
Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.
Fevralın 9-da gecə saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsində "Army Market"in qarşısında təxminən 50-55 yaşlı naməlum kişi meyiti tapılıb. Meyitin üzərinə baxış keçirilərkən zorakılıq və xəsarət izləri aşkarlanmayıb.
Polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, məhkəmə-tibbi ekspertizası təyin edilib.
Hazırda meyitin şəxsiyyəti və ölüm səbəbləri araşdırılır.



Baxış sayı: 319


Bölməyə aid digər xəbərlər