Bütün xəbərlər
Bakıda arvadını öldürməyə cəhd edən kişinin məhkəməsi başladı
Tarix: 08-02-2019 23:48 | Bölmə: Karusel

                        


Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Ceyhun Bəşirovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Trend-in məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası fevralın 18-nə təyin edilib.
İttihama görə, C.Bəşirov münaqişə zəminində həyat yoldaşı Səidə Bəşirovanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan C.Bəşirovun barəsində 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Baxış sayı: 357


Bölməyə aid digər xəbərlər