Bütün xəbərlər
İspaniya Kuboku: “Betis” doğma meydanda “Valensiya” üzərində qələbəni əldən verdi
Tarix: 08-02-2019 07:44 | Bölmə: Karusel



İspaniya Kubokunun yarımfinal matçında “Betis” doğma meydanda “Valensiya”nı qəbul edib. Trend-in məlumatına görə, matç heç-heçə başa çatıb.
Oyunda hesabı “Betis”in futbolçusu Loren 45-ci dəqiqədə açıb. Daha sonra Xoakin fərqi bir az artırıb – 2:0. Qonaq komandanın Rusiyalı futbolçusu Çerışev 70-ci dəqiqədə fərqi minimal edib, Qameyro isə 92-ci dəqiqədə hesaba tarazlıq gətirib – 2:2.
Cavab matçı 1 mart tarixində keçiriləcək.



Baxış sayı: 375


Bölməyə aid digər xəbərlər