Bütün xəbərlər
Makrondan gözlənilməz qərar
Tarix: 08-02-2019 01:21 | Bölmə: Karusel



Fransa prezidenti Emmanuel Makron təhlükəsizlik məsələləri üzrə Münheh konfransında iştirak etməyəcək.
Suddeutsche Zeitung” nəşrinin məlumatına görə, Makronun Almaniyaya səfərinin ləğvi Berlinlə “Şimal axını-2” layihəsinin reallaşması məsələsindəki fikir ayrılığı ilə bağlı olub.
Bildirilir ki, bu qərar Makronun Almaniya kansleri Angela Merkel ilə planlaşdırılan birgə mətbuat konfransının da avtomatik ləğvinə səbəb olub. Konfrans fevralın 16-da keçirilməli idi.
Nəşr qeyd edir ki, son vaxtlar Fransa-Almaniya münasibətlərində soyuqluq müşahidə olunur.
Xatırladaq ki, Münhen təhlükəsizlik konfransı fevralın 15-17-də keçiriləcək.



Baxış sayı: 366


Bölməyə aid digər xəbərlər