Bütün xəbərlər
Ağdam Sukanal İdarəsinin işçisini elektrik cərəyanı vurub öldürd
Tarix: 07-02-2019 21:25 | Bölmə: Karusel



Ağdamda bədbəxt hadisə baş verib.
Ağdam rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, Ağdam rayonunun Eyvazlı kənd sakini, Ağdam Sukanal İdarəsində elektrik işləyən, 1973-cü il təvəllüdlü Zahid Rəhim oğlu Nağıyev "Quzanlı-1" qəsəbəsində transformatorda təmir işləri apararkən elektrik enerjisi vurub.
Nəticədə A.Nağıyev hadisə yerində dünyasını dəyişib.
Daxil olan məlumat əsasında dərhal polis və prokurorluq orqanları əməkdaşları hadisə yerində meyitə baxış keçirib, iş üzrə məhkəmə-tibb ekspertizası təyin olunub, zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Faktla bağlı Ağdam rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.



Baxış sayı: 329


Bölməyə aid digər xəbərlər