Bütün xəbərlər
288 min manat mənimsəmədə təqsirləndirilən şirkət əməkdaşına 9,6 il cəza
Tarix: 07-02-2019 01:54 | Bölmə: Karusel

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Emin Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 9 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, E.Babayev "İnteqral" MMC-də ekspeditor vəzifəsində çalışıb. O, işlədiyi dövrdə şirkətin 288 min manat pulunu mənimsəyib.



Baxış sayı: 324


Bölməyə aid digər xəbərlər