21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
Gürcüstanın tanınmış rep ifaçısı ölüb
Tarix: 05-02-2019 14:17 | Bölmə: Karusel

                             

Gürcüstanın “Şavi prinsi” (“Qara şahzadə”) təxəllüslü tanınmış rep ifaçısı Akaki Babunaşvili ölüb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, 48 yaşlı ifaçının Batumidə böyrək xəstəliyindən dünyasını dəyişdiyi bildirilir.
A.Babunaşvili musiqi karyerasına 90-cı illərin əvvəllərində Kutaisi şəhərində başlayıb. O, 1995-ci ildə Gürcüstanda tez bir zamanda böyük populyarlıq qazanmış “Dzebnilebi” (“Axtarılanlar”) adlı qrup yaradıb. 



Baxış sayı: 393


Bölməyə aid digər xəbərlər