Bütün xəbərlər
Bakıda qəza törədən 20 yaşlı gənc xəstəxanalıq oldu
Tarix: 05-02-2019 12:53 | Bölmə: Karusel

                


Gecə saatlarında paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində qəza baş verib.
Trend-in məlumatına görə, 1998-ci il təvəllüdlü Cəlil Bəşirov idarə etdiyi avtomobil ilə qəza törədib.
Nəticədə ağır xəsarətlər alan gənc təcili yardımla 3 Saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, ötən gecə saat 03:35-də yerləşdirilən C.Bəşirov hazırda reanimasiya şöbəsindədir. Ona hər iki baldırların qırılması, qolların və baş nahiyəsinin yırtılması diaqnozu qoyulub.



Baxış sayı: 351


Bölməyə aid digər xəbərlər