Bütün xəbərlər
Hacıqabulda ov edən əcnəbi cərimələndi
Tarix: 05-02-2019 11:58 | Bölmə: Karusel

                

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində icazəsiz ov edən əcnəbi vətəndaş saxlanılıb.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı təqsirkar şəxsin Qətər vətəndaşı Ali Hamed SK Alsalamid olduğu məlum olub.
Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib edilib və 2000 manat məbləğində cərimə tətbiq olunub.
Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən 2 bəzgək quşu götürülərək təbiətə buraxılıb.



Baxış sayı: 308


Bölməyə aid digər xəbərlər