Bütün xəbərlər
Bakıda mebel anbarından oğurluq edən şəxs tutulub
Tarix: 04-02-2019 17:21 | Bölmə: Karusel

Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan qadın 2018-ci il dekabr ayının 29-dan 31-dək olan müddətdə Ə.Rəcəbli küçəsindəki mebel anbarından kompüter və 5000 manat dəyərində mebel üzlüklərinin oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Bakı şəhər sakini R.Dadaşov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.



Baxış sayı: 273


Bölməyə aid digər xəbərlər