Bütün xəbərlər
Şahmar Mövsümov: SOFAZ öz portfelində qızılın payını ikiqat artırmaq niyyətindədi
Tarix: 04-02-2019 16:51 | Bölmə: Karusel

                 


Azərbaycanın Dövlət Neft Fondu (SOFAZ) 2019-cu ildə öz portfelində qızılın payını ikiqat artırmaq niyyətindədir.
Trend-in məlumatına görə, bunu “Bloomberg” agentliyinə müsahibəsində Fondun icraçı direktoru Şahmar Mövsümov deyib.
O bildirib ki, SOFAZ qızıl ehtiyatlarını 100 tonadək çatdırmağı planlaşdırır.
Ş.Mövsümov vurğulayıb ki, Fondun xaricdə əldə etdiyi qızıl həcmləri saxlanılması üçün Azərbaycana gətirilir.
Direktor əlavə edib ki, istiqrazlara, xüsusilə də səhmlərə böyük investisiyalar qoymağa risk etmir. Onun sözlərinə görə, SOFAZ uzunmüddətli investor qismində daha çox risk etmək istəyir:
“SOFAZ London, Paris, Milan, Moskva, Seul və Tokioda daşınmaz əmlaklar əldə edib və indi Avropa, Asiya və Şimali Amerikada bazarlar axtarır”.



Baxış sayı: 354


Bölməyə aid digər xəbərlər