22:19 / 07-01-2026
Dron təhlükəsi elan edilib
Bütün xəbərlər
Qarlı və şaxtalı havada köməksiz vəziyyətdə qalmış 4 nəfər xilas edilib
Tarix: 03-02-2019 19:56 | Bölmə: Karusel

           

Qarlı və şaxtalı havada köməksiz vəziyyətdə qalmış 4 nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, qarlı və şaxtalı hava şəraitində yolların buz bağlaması səbəbindən “Nissan” markalı minik avtomobilində olan 4 nəfər Qobustan rayonunun Qaracüzlü kəndi ərazisində köməksiz vəziyyətdə qalıb.
Aidiyyəti dövlət qurumları məlumatlandırılıb, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin əraziyə cəlb olunması üçün qərar qəbul olunub.
Xilasetmə tədbirləri nəticəsində vətəndaşlar xilasetmə avtomobili ilə təhlükəsiz əraziyə çıxarılıblar. Əməliyyat uğurla başa çatıb.



Baxış sayı: 355


Bölməyə aid digər xəbərlər