22:19 / 07-01-2026
Dron təhlükəsi elan edilib
Bütün xəbərlər
Pirallahıda əmisinin arvadını yumruqla öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb
Tarix: 02-02-2019 23:21 | Bölmə: Karusel

                               


Bakı Apellyasiya Məhkəməsində əmisinin həyat yoldaşını yumruqla vuraraq öldürməkdə təqsirləndirilən Rəsul Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası fevralın 4-nə təyin edilib.
Qeyd edək ki, hadisə Bakının Pirallahı rayonunda baş verib. R.Hüseynov əmisinin həyat yoldaşı Mariya Qəhrəmanovanı yumruqla vuraraq öldürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.



Baxış sayı: 380


Bölməyə aid digər xəbərlər