Bütün xəbərlər
Gənc pianoçularımız Beynəlxalq müsabiqədə uğur qazanıblar
Tarix: 18-12-2017 21:33 | Bölmə: Karusel


Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri Avstriyanın Vyana şəhərində keçirilən pianoçuların II Beynəlxalq “Edelwiess” müsabiqəsində iştirak ediblər.
Trend-in məlumatına görə, müsabiqədə fortepiano ixtisası üzrə IV sinif şagirdi Ləman Seyidova (əməkdar müəllim Kamilla Əmirova) İ.S.Bax “İki səsli invensiya”, F.Şopen “Polonez” və P.İ.Çaykovskinin “İlin fəsilləri” məcmuəsindən “Mart” əsərlərini və fortepiano ixtisası üzrə IX sinif şagirdi Fidan Əmişova (professor Siala Sinamdzqvarişvili) L.V. Bethoven “Sonata №1” (fa minor) I hissə, F. Şopen “Etud №9” (fa monor), F. Şopen “Noktyurn” (mi minor) əsərlərini məharətlə ifa ediblər.
8 ölkədən 50 nəfərdən artıq iştirakçının qatıldığı bu müsabiqədə ölkəmizi təmsil edən Ləman münsiflər heyətinin qərarı ilə ən yüksək mükafata “Qran - Pri”yə, Fidan isə II dərəcəli diplom layiq görülüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin







Baxış sayı: 459


Bölməyə aid digər xəbərlər