21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
Sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amil aradan qaldırıldı
Tarix: 01-02-2019 19:27 | Bölmə: Karusel



Azərbaycanda verilən sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amil aradan qaldırılıb.
Trend-in məlumatına görə, bununla bağlı qanunvericiliyə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunub.
Bildirilib ki, sürücülük vəsiqəsindəki məlumatlar ingilis dilində təkrarlanacaq.
Hazırda qüvvədə olan sürücülük vəsiqələrində latın əlifbasında olmayan hərflərin - “ə”, “ğ”, “ö”, “ü” işlənməsi vəsiqələrin xaricdə tanınmasına mane olur. Layihə səsverməyə çıxarılaraq qəbul olunub.



Baxış sayı: 374


Bölməyə aid digər xəbərlər