21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
Xırdalanda dəyəri 37 min manatdan artıq olan pivə çəlləkləri oğurlanıb
Tarix: 31-01-2019 13:56 | Bölmə: Karusel

              


Xırdalanda dəyəri 37 min manatdan artıq olan pivə çəlləyi oğurlanıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhərində fəaliyyət göstərən MMC-lərin birindən daxil olmuş müraciətdə yanvarın 1-dən 29-dək olan müddətdə anbardan hər birinin qiyməti 50 manat olan ümumilikdə 37.500 manat dəyərində 750 ədəd “Falken” pivəsinə aid çəlləyin oğurlanması bildirilib.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - S.Məmmədov və T.Həsənov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırma aparılır.



Baxış sayı: 518


Bölməyə aid digər xəbərlər