20:07 / 23-02-2026
Medvedev Kim Çen Inı
19:10 / 23-02-2026
Müşfiq Abbasov həbs olundu
Bütün xəbərlər
Azərbaycan cüdoçusu beynəlxalq turnirdə medal qazandı
Tarix: 17-12-2017 20:23 | Bölmə: Karusel

                   Elxan Məmmədov 3-cü yeri tutub 

Rusiyanın Sankt-Peterburq şəhərində cüdo üzrə “World Masters” yarışına yekun vurulub.
“Report” xəbər verir ki, yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha bir medal yazdırıb.
100 kq çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov 3-cü yer uğrunda mübarizədə ev sahibi Kiril Denisova qalib gələrək bürünc medala sahib olub.
Yarışın ilk günü Hidayət Heydərov da (73 kq) bürünc medal qazanıb.
46 ölkədən 212 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan milli komandası 7 cüdoçu ilə təmsil olunub.



Baxış sayı: 530


Bölməyə aid digər xəbərlər