21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
Ötən il Azərbaycana 1346 traktor gətirilib
Tarix: 31-01-2019 13:05 | Bölmə: Karusel

                 

Ötən il Azərbaycana dövlət vəsaiti hesabına 6030 kənd təsərrüfatı texnikası gətirilib.
Trend-in məlumatına görə, 2018-ci il ərzində “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına ümumilikdə 197,9 milyon manat dəyərində 118 taxılyığan kombayn, kombayna qoşulan 27 biçici aqreqat, 101 pambıqyığan kombayn, 13 çuğundur çıxaran, 1346 müxtəlif növ traktor, 588 traktor yedəkləri (qoşqular), 692 kotan, 219 mala, 259 kultivator, 89 otbiçən, 32 ot dırmığı, 60 ot, küləş presləyən, 212 çiləyici və tozlayıcı, 652 səpici aqreqat, 65 gübrəsəpən, 25 bağarası frez, 30 taxıl (toxum) təmizləyən və 634 digər kənd təsərrüfatı maşın və avadanlıqları satılıb.



Baxış sayı: 412


Bölməyə aid digər xəbərlər