21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
AFR prezidenti təyyarədəki nasazlığa görə 55 nəfərlə Efiopiyada qalıb
Tarix: 31-01-2019 03:00 | Bölmə: Karusel

                              

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer "Teodor Hoys" hökumət təyyarəsinin Efiopiyada nasaz olmasına görə Berlinə uça bilməyib.
"Report" xəbər verir ki, bu barədə DW bildirib.
Məllumata görə, uçuş təyyarədəki nasazlıq səbəbindən təxirə salınıb. Mütəxəssislər sıxılmış havanın verilməsi sistemi ilə nasazlığı aradan qaldırmağa çalışırlar.
Qeyd edilir ki, 55 nəfərlik nümayəndə heyəti hələlik mehmanxanada qalır. Bu, Ştaynmayerin olduğu təyyarə ilə bağlı ikinci hadisədir. O, 2014-cü ildə də təyyarənin nasazlığına görə vətəninə uça bilməmişdi. Maraqlıdır ki, həmin vaxt da təyyarədə nasazlıq Efiopiyada aşkarlanmışdı.
Daha əvvəl Frank-Valter Ştaynmayer bildirib ki, Almaniya gələcəkdə də Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalacaq. 



Baxış sayı: 363


Bölməyə aid digər xəbərlər